Elektrik, içməli su, ərzaq mitinqi


Dünya 09 Sen 2018 11:10:00 299 0

Elektrik, içməli su, ərzaq mitinqi

İraqın cənubunda etirazlar nəticəsində 2 insan həlak olub, 45 nəfər yaralanıb.

Son.az xəbər verir ki, nümayişçilər hakimiyyətdən elektrikin və içməli suyun verilməsindəki problemlərə son qoymağı tələb edirlər.

Basra şəhərində etirazlar hələ iyul ayında başlamışdı və ölkənin digər əyalətlərinə keçmişdi. O zaman hökumət problemlərin həllinə 17 milyon dollar ayırmağa və təxminən 10 min iş yeri yaratmağa söz vermişdi. Görünür, həll olunmayan "içməli su problemi xəmiri" hələ çox su aparacaq.