"Toyota" konserni Yaponiyadakı 16 zavodunun fəaliyyətini dayandırır


Digərləri 09 Sen 2018 07:22:00 253 0

"Toyota" konserni Yaponiyadakı 16 zavodunun fəaliyyətini dayandırır

Yaponiyanın nəhəng "Toyota Motor" avtokonserni bu ölkədə fəaliyyət göstərən 18 zavodundan 16-nın fəaliyyətini sentyabrın 10-dan etibarən dayandıracaq.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, buna səbəb kimi Hokkaydo adasında baş vermiş zəlzələ nəticəsində avtomobillərin hissələrinin istehsalında yaranmış problemlər göstərilir.

Məlumatda qeyd edilir ki, təbii fəlakət səbəbindən şirkətin Tomakomai şəhərində yerləşən və transmissiyalar istehsal edən zavodunda elektrik enerjisinin verilişi dayanıb. "Toyota Motor" bu dayanmanın Yaponiyada avtomobil istehsalına təsirini araşdırdıqdan sonra sentyabrın 11-də işin bərpası barədə qərar qəbul edəcək.