İmam Əlinin mübarək dilindən behiştin təsviri


Digərləri 08 Sen 2018 23:45:00 252 0

İmam Əlinin mübarək dilindən behiştin təsviri

Əmirəl-möminin (ə) "Nəhcul-bəlağə" kitabında bir çox mövzulara toxunmuş və bəzi açılmayan sirləri bizim üçün açmağa çalışmışdır. Bu mövzulardan biri də behiştlə bağlıdır.

Həzrət Əli (ə) bu haqda buyurur: "Əgər öz qəlb gözünlə sənə təsvir olan behiştə nəzər salsan, dünyada olan hər şeydən: xahişlərdən, ləzzətlərdən, gözəl mənzərələrdən ürəyini qopardacaqsan. Düşüncələrin heyrətə gələcəkdir. Çünki ağac yarpaqlarının avaz oxuması barəsində düşünərsən, o ağaclar ki, çayların kənarında bitərlər.

Son.az deyerler.org-a istinadən bildirir ki, nazik budaqlarından mirvari kimi salxımlar asılar. Gülləri arasında cürbəcür meyvələri yer alar. Onları heç bir əziyyət olmadan dərmək olur. Elə ki, hansı asılan meyvəni arzu edər, əlində qərar tutar.

Behişt əhli üçün qəsrlərində bal və saf şərablar vardır.

Onlar o kəslərdir ki, bu fani dünyada Allahın kəramətinə şamil olmuşdular ki, axirət sarayına çatmışdılar. Səfər əziyyətindən azaddırlar.