Hər zaman evi tərk etməzdən öncə onlarla vidalaşın


Digərləri 08 Sen 2018 20:55:00 258 0

Hər zaman evi tərk etməzdən öncə onlarla vidalaşın

Biz hər zaman evi müxtəlif səbəblərə görə tərk edirik.

Son.az islaminsesi.info-ya istinadən bildirir ki, müxtəlif səbəblərə görə tərk etdiyimiz evimizdə onlar var. Evi tərk etmək elə də qorxulu məsələ deyil, amma uşaqlarla vidalaşmaq vacibdir. Lakin bir çox valideynlər bunun qətiyyən fərqinə varmazlar. Vidalaşmanın ən böyük əhəmiyyəti odur ki, etibarı və vəfadarlığı önə çıxardar. Əgər siz izahatsız evi tərk edirsinizsə onun kövrək qəlbinə şübhə və qorxu salırsınız. Axı valideynlər, xüsusilə ana ilə ayrılıq uşaq üçün bir nömrəli qorxulardan biridir.

Əgər siz izahatsız və heç bir söz söyləmədən gedirsinizsə uşaq öz narahatlığı içində çırpınaraq ona niyə etibar edilmədiyini və sayılmadığını özünə dərd edər.

Bəs uşaqla necə vidalaşmaq lazımdır?