Əl jestləriniz sizi daha xarizmatik göstərə bilər


Digərləri 08 Sen 2018 19:28:00 317 0

Əl jestləriniz sizi daha xarizmatik göstərə bilər

Natiqlərlə bağlı araşdırma göstərib ki, əl hərəkətləri sizin cazibədarlığınızı daha da artıra bilər. David Robson izah edir.

Növbəti dəfə TED çıxışı və ya bir siyasi nitq izləyərkən, spikerin əl hərəkətlərinə fikir verin. Aramla hərəkət etdirir, yoxsa enerji ilə? İncədirmi, kobuddurmu? Və əllər daha çox hansı cür hərəkət etdirilir - şaquli, yoxsa üfüqi?

Bir çoxumuza bəllidir ki, mesajı çatdırmaq üçün hərəkətlər bəzən sözlərdən daha təsirli olur. Məsələn, dərin tonlu səs səlahiyyət göstəricisi kimi qəbul olunur və hər hanısısa müdirin gəliri və şirkətdə nə qədər işləyəcəyinə təsir edən mühüm göstəricidir.

Vyana Universitetindən Markus Koppensteiner-in apardığı son araşdırmada jestlərdən geniş istifadə edən insanlar tədqiq olunub və maraqlı nəticələr əldə edilib. Hətta digər mümkün bütün faktorlar nəzərə alındıqda belə, əl hərəkətləri ektsraversiya və dominantlıq kimi şəxsiyyətin mühüm xüsusiyyətlərini üzə çıxarır.

Eyni zamanda jestlər insanların fiziki hündürlüyünə də təsir göstərir - dinləyicilər sizi bir neçə santimetr hündür və ya alçaq qəbul edə bilərlər.

Harvard psixoloqu Amy Cuddy "güc pozası" adlı ideyanın məşhurlaşdırıb

Koppensteiner-in əldə etdiyi nəticələr "güc pozaları" - məsələn əllər beldə ayaqlar aralı duruş Superwoman mənasına gəlir - üzrə məşhur araşdırmanı xatırladır. Bu kiçik jestlər ictimai çıxışdan öncə insanlarda əminlik yaradan hərəkətlərdir.

Çoxsaylı bənzəri araşdırmalar aparan Harvard Universitetindən müəllimə Amy Cuddy-nin təbirincə, "bacarana qədər sınamağa davam edin".

Cuddy-nin araşdırması tənqidlə üzləşsə də, son tədqiqatlar göstərib ki, böyük kütlələrə xitab edən insanların həmin kütlələr tərəfindən qəbul edilməsində güc pozalarının böyük təsiri var.

Fəqət yeni araşdırmada bir neçə mühüm fərq də mövcuddur. Güc pozaları çıxışdan əvvəl, şəxsi səviyyədə məşq etmək üçün yaradılıb və davamlı hərəkətlərdən daha çox, statik pozisiyalardan ibarətdir.

Koppensteiner-in araşdırması isə əksinə, spiker danışdıqca etdiyi əl hərəkətləri və başqa insanların buna münasibətini yoxlayır. Məsələn o, siyasətçilərin çıxış videolarını izləyir, sonra həmin videoları çubuq cizgi filmi fiqurlarına çevirir ki, üz ifadələri kimi qarışıq faktorlar görünməsin.

Sonra isə iştirakçılardan bu səssiz cizgi filmlərində spesifik şəxsiyyət xüsusiyyətlərini qiymətləndirmələrini istəyir.

Vicdanlılıq, şüurluluq kimi bəzi xüsusiyyətləri əl jestlərindən müəyyənləşdirmək çətin olsa da, digərlərini rahatlıqa ayırd etmək olub.

Məsələn, ekstraversiya qısa sakitlik anları ilə müşayiət olunan daha çox hərəkətli fiqurlara şamil edilib.

İştirakçılar səlahiyyətli şəxs/rəhbər mövqeyinə sahib insanları isə daha çox şaquli əl hərəkətləri ilə ayırıblar - əlləri kürsüdən çiyinlərə qədər qaldırmaqla. Bu cür jestlərdən istifadə edən insanlar adətən dominant olurlar.

"Bir çox araşdırmalarımda eyni nəticə ilə üzləşirəm," Koppensteiner deyir.