Bədənin müdafiə qüvvvəsini artırmağın 6 yolu


Digərləri 08 Sen 2018 19:15:00 253 0

Bədənin müdafiə qüvvvəsini artırmağın 6 yolu

İnsanın yaşadığı həyat tərzi bədənin mikroblara qarşı müdafiə qüvvəsinə birbaşa təsir qoyur. Pis adətlər immun sistemini zəiflədir və bədəni xəstəliklərə qarşı aciz edir. (Tebyan saytına istinadən)

Bəs nə edək ki, immun sistemimiz güclənsin?

1. Az yatmayın. Yəqin ki, müşahidə etmisiniz ki, nə zaman az yatırsınız, daha çox xəstələnirsiniz. Tədqiqatlar göstərir ki, o insanlar ki, kifayət qədər istirahət etmirlər və yatmırlar - immun sistemləri daha zəif olur. Az yatmaq stress hormonlarını ifraz edir və bədəndə iltihabı artırır.

2. İdman edin. Son.az deyerler.org-a istinadən bildirir ki, çalışın gün ərzində bir neçə dəqiqənizi idman üçün ayırasınız. Misal üçün, gün ərzində yarım saat təmiz havada yeriməyə çalışın. İdman immun sistemini gücləndirər və xəstəliklərlə daha yaxşı mübarizə aparmağınıza yardım edər. İdman bundan başqa bədəninizdə olan toksinləri dəf etmənizə yardım edər.

3. Sağlam qidalanın. Həddən artıq şirniyyat yemək bədənin bakteriyaların hücumuna qarşı müqavimətini zəiflədər. Əksinə, əgər meyvə və tərəvəzi çox yesəniz, daha çox vitamin və mineral maddələr qəbul edərsiniz ki, bu da bədənin müdafiə qüvvəsini artırar.