İndoneziyada avtobus dərəyə aşıb, 17 ölü


Dünya 08 Sen 2018 19:19:00 271 0

İndoneziyada avtobus dərəyə aşıb, 17 ölü

İndoneziyada turistlərin olduğu avtobus dərəyə aşıb.

Son.az oxu.az-a istinadən bildirir ki, hadisə nəticəsində 17 nəfər ölüb, onlarla adam xəsarət alıb.

Avtobusda "Honda" şirkətinin rəsmi təmsilçisi olan "Catur Putra Group" şirkətinin əməkdaşları olub.

İlkin versiyaya görə, avtobus sürücünün idarəetməni itirməsi nəticəsində dərəyə düşüb.