Zərərlidir, amma onsuz mümkün deyil –


Digərləri 08 Sen 2018 19:05:00 432 0

Zərərlidir, amma onsuz mümkün deyil –

Artıq 10 ildən çoxdur ki, dünya mətbuatı, səhiyyəsi insanları ağ ölümdən - şəkərdən uzaq durmağa çağırır. Qəndi, şəkər tozunu piylənmə, diabet, hipertoniyanın əsas səbəbkarı hesab edirlər. Şəkər beyində narkotik və alkoqol kimi asılılıq yaradır, həzz hormonu ilan dofamini çox miqdarda sintez edir, bununla da ondan imtina etmək mümkün olmur. Getdikcə dofamin sintezi azalır, ona görə o həzzi, dadı almaq üçün şəkərin dozasını daha da artırmalı olursuz.

Amma dietoloqlar şəkərdən tamamilə imtinanın əleyhinədir. Çünki bəzən insana qənd-şəkər mütləq lazım olur. Tibb elmi bu halları elmi əsaslandırıb. Son.az medicina.az-a istinadən kimlərə hansı halda şəkərin həyati vacib olduğunu təqdim edir:

1.Gərgin iş və tapşırıq zamanı gücü səfərbər etmək üçün

İşdə kompüter arxasında oturub günlərdir üzərində çalışdığınız layihə, tapşırıq sizin bütün gücünüzü alıb. Özünüz də hiss edirsiz ki, çökəcəksiz. Bu zaman qeyri-ixtiyari gözünüz peçenye, şokolad axtarır və şirniyyat yeyirsiz. Sonra özünüzü qınayırsız ki, niyə axı bunu yedim. Əslində isə siz o anda orqanizmə gücünü səfərbər etməyə kömək etmiş oldunuz. İş ondadır ki, beyin qlükozaya ehtiyac duyur, ağır zehni iş olduqda, problemləri həll etdikdə beyinə düşən gərginlik onun qlükoza aclığını artırır.

Alimlər xüsusi təcrübədə bunu sübut ediblər: iştirakçılara zehni tapşırıq verilib, daha sonra onlardan bir qrupuna şirin su içirilib. Güman olunan kimi, şirin su içən qrup tapşırığı daha dəqiq yerinə yetirməyə səbəb olub. Testin sonunda bütün iştirakçıların qanda qlükoza səviyyəsi ölçülüb, məlum olub ki, beyin tapşırıq müddətində çox enerji sərf edib.

Bu problemi həll etmək üçün əl altında şirin su, şokolad, konfet saxlamaq da düzgün qərar deyil. Ən yaxşısı müntəzəm olaraq yaxşı səhər yeməyi yemək, səhərlər yağ, zülal və qlükoza tərkibli ərzaqlar seçilməlidir.

Yox əgər işdə beyniniz dumanlanırsa, o zaman dilinizin altına bir qənd qoymağınız yetərlidir.

2.Nə zaman ki, xəstələnmisiz, qrip olmusuz.

Alimlər bildirir ki, virusla yoluxan orqanizm patogenlə mübarizə üçün çox dozada qlükozaya ehtiyac duyur. Ağır qidaları həzm etməyə onun gücü yoxdur, ona görə ekstren kömək üçün kompot, peçenye, bal, şirin çay, meyvə şirələri, kakao köməyə yetə bilər. Xəstələr özləri də şirin nəyəsə ehtiyac duyduqlarını hiss edirlər. Ona görə qrip olanda özünüzə şirniyyat günü elan edə bilərsiz.