Azərbaycanda daha bir günəş elektrik stansiyası işə düşdü


Digərləri 08 Sen 2018 16:25:00 261 0

Azərbaycanda daha bir günəş elektrik stansiyası işə düşdü

Bakının Sahil qəsəbəsində yerləşən günəş elektrik stansiyası enerji şəbəkəsinə qoşulub.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədr müavini Cəmil Məlikov məlumat verib.

Elektrik stansiyasının layihə gücü 2,8 meqavatt təşkil edir.

Hazırda Azərbaycanda Qobustan və Samux rayonlarında, Bakıda isə Pirallahı, Suraxanı və Sahil qəsəbələrində belə stansiyalar fəaliyyət göstərir.

C.Məlikov deyib: "Sahil qəsəbəsində yerləşən günəş elektrik stansiyası hazırda fəaliyyətdədir. Sumqayıtda belə bir stansiyanın elektrik şəbəkəsinə qoşulması istiqamətində tədbirlər görülür. Düşünürəm ki, bu ilin sonuna qədər stansiya işə düşəcək".

Mövcud imkanlar sayəsində Azərbaycanda enerji mənbələrinin potensialı 25,3 min meqavatt təşkil edir ki, bununla da ildə 62,8 kilovatt-saat enerji əldə etmək mümkündür. Bərpa olunan və alternativ enerji mənbələrinin payını 2020-ci ilə qədər ümumi enerji istehsalının 20 faizinə çatdırmaq qarşıya məqsəd qoyulub.