"Tonqal" restoranında baş verən kütləvi zəhərlənməyə görə bir nəfər həbs edilib


Digərləri 08 Sen 2018 16:15:00 214 0

"Tonqal" restoranında baş verən kütləvi zəhərlənməyə görə bir nəfər həbs edilib

Qasımov İlham İdris oğlu iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib

Bakı. Samir Əli - Xəbər verildiyi kimi, avqustun 11-də paytaxtın Nərimanov rayonunda fəaliyyət göstərən “Tonqal” restoranında 3-ü azyaşlı olmaqla 13 nəfərin qidadan zəhərlənməsi faktına görə rayon prokurorluğunda cinayət işi başlanıb. Bakı Şəhər Prokurorluğundan Trend-ə verilən məlumata görə, Qasımov İlham İdris oğlu iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.