İraq səfiri yanğınla bağlı İran XİN-ə çağırılıb


Digərləri 08 Sen 2018 15:31:00 259 0

İraq səfiri yanğınla bağlı İran XİN-ə çağırılıb

İranın Xarici İşlər Nazirliyi Bəsrədəki Baş konsulluqda ötən gün baş verən yanğınla bağlı İraq səfirini çağırıb və ona nota təqdim edib.

Bakı. İranın Xarici İşlər Nazirliyi Bəsrədəki Baş konsulluqda ötən gün baş verən yanğınla bağlı İraq səfirini çağırıb və ona nota təqdim edib. Trend-in məlumatına görə, notaya səbəb kimi İraq təhlükəsizlik qüvvələrinin cümə günü etirazçıların konsulluq binasını yandırmasının qarşısını almaqda səhlənkarlığı göstərilir.