Fazil Məmmədovdan XƏBƏR VAR "Əvvəlki kimi Türkiyədədir və..."


Digərləri 08 Sen 2018 14:52:00 275 0

Fazil Məmmədovdan XƏBƏR VAR  "Əvvəlki kimi Türkiyədədir və..."

Azərbaycan Güləş Federasiyasında heç bir maliyyə problemi yoxdur.

Son.az xəbər verir ki, bunu virtualaz.org-a açıqlamasında bu gün milli komandanın məşqinə baş çəkmiş federasiya prezidentinin vəzifələrini icra edəni Namik Əliyev deyib.

N.Əliyev bir neçə aylıq fasilədən sonra bu ilin mayında federasiyaya, birinci vitse-prezident postuna qayıtdı. Ancaq sonra federasiyanın prezidenti Fazil Məmmədov səhhətindəki ciddi problemlərlə əlaqədar Türkiyəyə müalicəyə getdi və N.Əliyev prezident vəzifələrini icra etməyə başladı.

"Bəli, mən bir müddət Azərbaycan Güləş Federasiyasını tərk etdim, amma bu, o demək deyil ki, mən güləşi izləməyi dayandırdım. Mən Ümumdünya Güləş Birliyinin (UWW) üzvü kimi qalmaqda davam edirdim və hadisələrin mərkəzində idim", - Namik Əliyev vurğulayıb.