Aktrisa işdə uğur qazanmaq üçün çəhrayı alt paltarı geyinirmiş


Digərləri 08 Sen 2018 14:15:00 309 0

Aktrisa işdə uğur qazanmaq üçün çəhrayı alt paltarı geyinirmiş

"Fala inanma, faldan da qalma"

"Fala inanma, faldan da qalma" məsəlini yəqin ki, hamı bilir. Çoxları caduya inanmadıqlarını deyir. Amma cadunun gücüylə ərə gedən, iş düzəldən də az deyil. Hətta pullarının sayı-hesabı olmayan, dünyada məşhur olan Hollivud ulduzları da cadunun köməyi ilə sevgili tapır, ailə qururlar.

Son.az axşam.az-a istinadən bildirir ki, KİV-də yer alan məqalədə dünya ulduzlarının həyatındakı cadulardan, totemlərdən bəhs edilib. 

Lənətlənən sevgililər

Onunla birlikdə olan kişilərin ayrılıqdan sonrakı həyatları bir müddət uğursuz olub. Hətta Madonnanın bütün sevgililərinə əvvəlcə cadu etdirdiyi deyilir. Ayrıldığı həyat yoldaşı Qay Riçi çəkildiyi bir çox filmlərlə məşhur olmuşdu. Artıq o, filmlərə daha yüksək qonorarla dəvət alırdı. Amma Madonna ilə evlənəndən sonra qazandığı uğurları itirib. Çəkildiyi filmlərsə tamaşaçı rəğbəti toplaya bilməyib. Beyzbolçu sevgilisi Aleksin də taleyi Qay Riçidən fərqli olmayıb. O, Madonna ilə tanış olandan karyerası dağılıb. Narkotik maddədən istifadə etməkdə günahlandırılaraq həbs olunub.

Cadugərlərin dostu Peris Hilton

Yaxın rəfiqələri Perisi "şeytanın dostu" adlandırır. Hiltonun yaxın rəfiqəsi Nikol Riçinin dediyinə görə, onun işləri heç yolunda getmirmiş. Dostları da ona Hollivudun məşhur falçısı Həkim Zmeyi məsləhət görüb. Həkim Perisin lənətləndiyini söyləyib. Onunla görüşdən sonra Hiltonun bütün işləri yağ kimi getməyə başlayıb. Deyilənə görə, Peris falçı ilə tanış olduqdan sonra hətta bəyəndiyi kişini belə cadugərin köməkliyi ilə özünə cəlb edir.

Maykl Ceksonun 42 inəyi

Mətbuatın yaydığı xəbərə görə, məşhur müğənni rejissor Stiven Spilberqə və daha 25 musiqiçiyə ölməsi üçün cadu etdirib. Ritual İsveçrədə Babi adlı cadugər tərəfindən həyata keçirilib. O, Ceksona bütün düşmənlərini lənətləyəcəyinə söz verib. Əvəzində isə ondan 150 min dollar istəyib. Cadu 42 inək vasitəsilə edilib. Heyvanların kəsilməsində Cekson bilavasitə iştirak edib. Amma müğənni pulu verməyib və onlar arasında qalmaqal düşüb. Deyilənə görə, Babi bütün lənəti Ceksonun özünə yönəldib və müğənninin uzun illər pis vəziyyətdə olmasına səbəb də elə bu lənət olub.

Cennifer Lopezin sirri


Xəbərə aid fotolar