Kişilərə yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsində problem yaranıb


Digərləri 08 Sen 2018 13:45:00 242 0

Kişilərə yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsində problem yaranıb

Azərbaycanda müxtəlif səbəblərdən şəxsiyyət vəsiqələrini dəyişən kişilərə yeni nəsil vəsiqələrin verilməsində problem yaranıb.

Son.az report-a istinadən xəbər verir ki, problemlə yeni nəsil şəxsiyyət vəsiqəsi almaq üçün "ASAN xidmət" mərkəzlərinə müraciət edən vətəndaşlar üzləşib.

Söhbət qeydiyyat ünvanı dəyişmiş və nikaha daxil olmuş şəxslərdən gedir. Bu kateqoriyadan olan kişilərə Daxili İşlər Nazirliyinin (DİN) Baş pasport, qeydiyyat və miqrasiya idarəsi tərəfindən yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsindən imtina olunur və köhnə nəsil vəsiqələr verilir.