Şəkidə dibçəklərdə narkotik yetişdirən şəxs saxlanıldı (FOTO)


Digərləri 08 Sen 2018 11:45:00 205 0

Şəkidə dibçəklərdə narkotik yetişdirən şəxs saxlanıldı (FOTO)

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və əkini ilə məşğul olan şəxs saxlanılıb.

Bakı. Samir Əli - Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və əkini ilə məşğul olan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, sentyabrın 7-də daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şəki şəhər sakini, əvvəllər məhkum olunmuş Sadiq Mustafayev saxlanılıb. Keçirilmiş tədbirlərin davamı olaraq onun şəhər ərazisində yerləşən yaşadığı evə də baxış keçirilib. Orada dibçəklərdə əkilmiş və xüsusi qaydada qulluq edilərək yetişdirilmiş 4 ədəd çətənə bitkisi, eyniadlı bitkinin qurudulmuş gövdələri və 3 kq 246 qr qurudulmuş marixuana aşkar edilərək götürülüb.