Şirkətlər kibermüdafiə məsələlərinə az diqqət ayırır


Digərləri 08 Sen 2018 07:41:00 226 0

Şirkətlər kibermüdafiə məsələlərinə az diqqət ayırır

"Kasperski Laboratoriyası" antivirus şirkəti təşkilatların kibertəhlükəsizlik məsələlərinin təhlil edildiyi araşdırmanın nəticəsini açıqlayıb.   Son.az ICTnews-a istinadən bildirir ki, təhlil edilmiş şirkətlərin 43%-də kənar cinayətkar tərəfindən həyata keçirilmiş hücumlara qarşı təhlükəsizlik səviyyəsi aşağı və ya çox aşağıdır. Tədqiqatçılar 29% halda təşkilat haqda ümumi məlumatlara sahib olan hücum edəni imitasiya edərək bütün İT infrastrukturunda maksimum imtiyaz əldə etməyə müvəffəq olublar.   Bundan başqa, 73% halda şəbəkə perimetrini dəf etmək üçün veb proqramlarda aşkar edilmiş boşluqlar tətbiq edilib.   "Kasperski Laboratoriyası"nın məlumatına görə, şirkətlər korporativ şəbəkənin müdafiəsinə kifayət qədər diqqət ayırmır. Təşkilatların 93%-də daxili şəbəkənin təhlükəsizlik dərəcəsi aşağı və ya son dərəcə aşağı olub. Korporativ şəbəkədə təhlil edilmiş şirkətlərin 86% -də maksimum imtiyaz əldə edilib, həm də 42% halda bunun üçün iki addım lazım olub.