"Toyota" Yaponiyadakı 16 zavodunun işini dayandırır


Dünya 08 Sen 2018 07:44:00 280 0

"Toyota" Yaponiyadakı 16 zavodunun işini dayandırır

Yaponiyanın iri "Toyota Motor" avtokonserni sentyabrın 10-dan məhsullarının tədarükündə yarana biləcək problemlər səbəbindən ölkə ərazisindəki 18 zavodundan 16-nın işini dayandıracaq.

Son.az "Report"a istinadən bildirir ki, bu qərar sentyabrın 5-dən 6-na keçən gecə Hokkaydo adasında baş vermiş 6,7 maqnitudalı güclü zəlzələnin fəsadları ilə bağlıdır.