Uzunqulaqla gedən kişini maşın vurub FOTO


Digərləri 07 Sen 2018 21:41:00 263 0

Uzunqulaqla gedən kişini maşın vurub  FOTO

Qazax rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az "report"-a istinadən bildirir ki, rayonun Çaylı kəndi ərazisində yol kənarı ilə uzunqulağa qoşulmuş arabada hərəkətdə olan təqribən 60 yaşlı kişini maşın vurub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib və əməliyyat olunub. Uzunqulaq isə hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.


Xəbərə aid fotolar