Yaddaş pozğunluğu olan 60 yaşlı kişi Bakıda itkin düşdü


Digərləri 07 Sen 2018 21:05:12 295 0

Yaddaş pozğunluğu olan 60 yaşlı kişi Bakıda itkin düşdü

Tovuzdan Bakıya gələn kişi itkin düşüb.

Bakı. Samir Əli - Tovuzdan Bakıya gələn kişi itkin düşüb. Trend-in məlumatına görə, bu barədə Binəqədi rayon Polis İdarəsinin 6-cı polis bölməsinə 1988-ci il təvəllüdlü Allahverdiyev Teymur Allahverdi oğlu müraciət edib. Bildirib ki, sentyabrın 1-də saat 10 radələrində Tovuz rayonunun Xatınlı kəndində onunla birgə yaşayan atası, 1958-ci il təvəllüdlü Allahverdiyev Allahverdi Qara oğlu yaşadığı evdən çıxaraq Bakı avtobusu ilə paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsinə gəlib və oradan itkin düşüb.