Hacıqabul sakinindən silahsursat götürüldü


Digərləri 07 Sen 2018 19:32:00 198 0

Hacıqabul sakinindən silahsursat götürüldü

Hacıqabul sakinində silah-sursat aşkar edilib.

Son.az Trend-ə istinadən bildirir ki, Hacıqabul rayon Polis şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Meyniman kənd sakini Oqtay Bağırovun evindən müvafiq sənədləri olmayan nömrəsi silinmiş "İJ-58" markalı tüfəng və 13 ədəd patron götürülüb.