Azərbaycanda NATO Həftəsi keçiriləcək
Digərləri 07 Sen 2018 18:44:00 253 0
Azərbaycanda NATO Həftəsi keçiriləcək
Bakı. Ləman Zeynalova -
Azərbaycanda NATO Həftəsi keçiriləcək. Bu barədə Trend-ə təşkilatdan bildiriblər.
Məlumatda qeyd olunur: “Biz Azərbaycanda NATO Həftəsi çərçivəsində sentyabrın 20-i “Qadınlar, sülh və təhlükəsizlik” mövzusunda konfransın keçirilməsi barədə Azərbaycanın təklifini alqışlayırıq”.
NATO-dan bildiriblər ki, Azərbaycanla əməkdaşlıq 2017-2019-cu illər Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planında (IPAP) razılaşdırılıb.
Qeyd olunub ki, bu plan NATO ilə Azərbaycan arasında sıx münasibətləri əks etdirən, gələcəyəyönümlü plandır:
“Azərbaycan həmçinin qadınların təhlükəsizlik sahəsində fəal iştirakının təmin olunmasında fəaliyyətini aktivləşdirməyə hazır olduğunu bəyan edib. Azərbaycan NATO-nun dəyərli tərəfdaşıdır və bizim təhlükəsizlik problemləri üzrə sıx əməkdaşlıq tariximiz var. NATO Azərbaycanın Əfqanıstandakı missiyaya daimi töhfəsini, eləcə də Əfqanıstan milli təhlükəsizlik qüvvələrinin hazırlanmasında NATO-ya köməyi üzrə səylərini yüksək qiymətləndirir”.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
Mənbə: az.trend.az