Bakıda MDB ölkələrinin kibertəhlükəsizlik üzrə milli qruplarının bilik və bacarıqları yoxlanılıb (FOTO)


Digərləri 07 Sen 2018 18:00:00 244 0

Bakıda MDB ölkələrinin kibertəhlükəsizlik üzrə milli qruplarının bilik və bacarıqları yoxlanılıb (FOTO)

İki gün ərzində kiberhücumlara qarşı mübarizə üsulları üzrə mütəxəssislərin səriştələri yoxlanılıb.

Bakı. Bakıda keçirilən MDB ölkələri üçün ilk kibertəhlükəsizlik üzrə regional təlimlər çərçivəsində iki gün ərzində kiberhücumlara qarşı mübarizə üsulları üzrə mütəxəssislərin səriştələri yoxlanılıb. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən (NRYTN) Trend-ə verilən məlumata görə, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Avropa və Asiya daxil olmaqla 14 ölkənin 75-dən artıq mütəxəssisi kibertəhlükəsizlik üzrə təcrübəli ekspertlərin nəzarəti ilə öz bilik və bacarıqlarını sınayıblar. Ümumilikdə 14 komanda formalaşdırılıb. Komandalar 6 müxtəlif ssenari üzrə verilən tapşırıqları yerinə yetiriblər.