Bu il məşğulluq orqanlarının xətti ilə 2158 məcburi köçkün işlə təmin edilib


Digərləri 07 Sen 2018 17:44:00 260 0

Bu il məşğulluq orqanlarının xətti ilə 2158 məcburi köçkün işlə təmin edilib

Bu il 1214 nəfər məcburi köçkün özünüməşğulluq proqramına cəlb olunub.

Bakı. Bu il 1214 nəfər məcburi köçkün özünüməşğulluq proqramına cəlb olunub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, nazirlik tərəfindən icra olunan özünüməşğulluq proqramına cəlb edilmək üçün müraciət edənlər arasındaüstünlük verilən kateqoriyalardan biri də məcburi köçkünlərdir. Bu ilin ötən dövründə özünüməşğulluq proqramına cəlb edilmək üçün müraciət edən məcburi köçkünlərdən özünüməşğulluq fəaliyyətini və ailə əməyinə əsaslanan kiçik biznesini qurmaq üçün potensialları olan 1214 nəfər proqrama cəlb edilib.