Sərdar Ortaçdan ETİRAF:


Şou-biznes 07 Sen 2018 16:04:00 316 0

Sərdar Ortaçdan ETİRAF:

Məşhur türk müğənnisi Sərdar Ortaçın Son.az-a müsahibəsi.

- Sərdar bəy, bir müddət əvvəl Bakıda konsert verdiniz. Bu paytaxtımıza neçənci gəlişiniz idi?

- Vallah artıq sayını itirmişəm, mənə elə gəlir ki, 5-6-cı dəfədir ki, Bakıda qonaq oluram.

- Hər gəlişinizdə Bakıda nələrin dəyişdiyinin şahidi olursunuz?

- Bakını Amerika ilə müqayisə edə bilərəm. Yolları çox gözəl, insanları istiqanlı. İnsanlar bir-birinə sayğı və hörmət göstərirlər. Bir sözlə, Bakıda sözün əsl mənasında "insan" kimi yaşayırlar. Halal olsun! Mən heç vaxt təsəvvür etməzdim ki, 10 ilə Bakı bu qədər dəyişəcək!

- Bizim sənətçilərdən kimləri tanıyırsınız?

- Mən gənc olanda hamısını dinləyirdim, indi bir çoxu yaşa dolub. Baloğlan Əşrəfovun "Nədəndir" mahnısını dinləyəndən sonra onu ifa etmək istədim. "Pərişan bir eşqi hara apardın?" adlı bir mahnınızı da əzbərdən bilirəm. Amma kimin oxuduğu yadımda qalmayıb. Sizin pop starı Aygün Kazımovanı da tanıyıram. Yeni ifaçılardan o qədər də yadda qalanları yoxdur. Elsevərin "Dəstəyi qoyma yeri" mahnısı isə Türkiyədə çox sevilir. Bu adlarını çəkdiyim məşhurların hamısını tanıyıram.

- Baloğlan Əşrəfovla görüşünüzü necə xatırlayırsınız?

- Baloğlan Əşrəfov konsertimdə ön sırada oturmuşdu. Sözün əsl mənasında o vaxt çox sevinmişdim. Daha sonra eşitdim ki, xəstələnib. Çox şükür Allaha ki, indi yaxşıdır. Baloğlan kimi sənətkarlardan məncə çox azdır. O həqiqi sənət göstərir. Onun kimi sənətçilərin yanında mən heç kiməm.

- Amma sizin də Azərbaycanda sevənləriniz kifayət qədərdir.

- Azərbaycan uzaqda olsa da bizim qardaş ölkəmizdir. Sabah bir şey olsa biz həmişəki kimi bir-birimizin yanında olacağıq. Bəli, xəbərim var ki, mənim mahnılarımı çox sevirsiniz. Bu bir müğənni kimi məni yalnız sevindirə bilər.


Xəbərə aid fotolar