Yevlaxda maşın aşdı, ölən var


Digərləri 07 Sen 2018 14:52:29 254 0

Yevlaxda maşın aşdı, ölən var

Yevlax rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Bakı. Yevlax rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən Trend-ə verilən məlumata görə, sentyabrın 5-də saat 1 radələrində Yevlax rayonu ərazisində Meyvəli kənd sakini Səməndər Heydərov idarə etdiyi “VAZ-21214” markalı avtomobili aşırıb. Nəticədə xəstəxanaya yerləşdirilmiş S.Heydərovun sərnişini, həmkəndlisi Sadıx Heydərov sentyabrın 6-da orada ölüb.