Əmi qardaşoğlunu necə aldatdı?


Digərləri 07 Sen 2018 14:49:00 233 0

Əmi qardaşoğlunu necə aldatdı?

Bakı Ağır Cinayətlər Məhkəməsində 1 milyon manata yaxın məbləğdə dələduzluq etməkdə təqsirləndirilən İlham Xıdırovun məhkəməsi keçirilib. 

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Eldar İsmayılovun icraatında olan prosesdə baxış iclası baş tutub. 

Prokuror çıxış edərək ittiham aktını elan edib, təqsirləndirilən İ. Xıdırov isə özünü təqsirli bilmədiyini deyib. Digər təqsirləndirilən Nazim Mustafayev barəsində həbs qərarı verilməyib, o hazırda azadlıqdadır. 

İttihama görə, İ.Xıdırov dələduzluq əməllərini N. Mustafayev vasitəsilə törədib. Onlar İrandan və Rusiyadan kompressor avadanlıqları gətirib satmaq adı ilə bir neçə şəxsdən külli miqdarda pul alaraq onlara qazanc verəcəyini vəd edib, lakin həmin şəxsləri aldadıb. İttiham olunan şəxslər özlərini təqsirli bilmədiklərini deyiblər. 

Zərərçəkmişlərdən biri Elxan Muradlı biznes qurmaq üçün 610 min manat pulu İ.Xıdırova verib və ala bilməyib. İ.Xıdırov qardaşı oğlu Elxan Xıdırovdan 50 min dollar' onun xalasından da eyni məbləğdə pul alıb. 

Elxan Xıdırov məhkəmədə ifadə verərək deyib ki' 2004-cü ildən fərdi sahibkarlıqla məşğuldur: "Bir neçə obyektim var' arendaya vermişəm. Həm də xaricdən telefon gətirib dükanımda satıram. 2015-ci ildə bir obyekt də alıb arendaya vermək istəyirdim. Ora baxmağa gedəndə əmimi də ağsaqqal kimi özümlə apardım. Obyektə baxıb qayıdandan sonra əmim dedi ki' burdan aylıq nə qədər pul götürəcəksən' təxminən alıq 1200 manat alacağımı dedim. 

Əmim dedi ki' obyektə verəcəyin pulu mənə ver' sənə ayda təxminən 10 min manat qazanc verim. Mən əmim olduğuna görə etibar edirdim' həm də şirnikləndim. Əmim dedi ki' xaricdən kompressor gətirib satacaq' birindən 12-14 min manat qazanc qalacaq. İlk olaraq məndən 20 min dollar istədi' verdim.