Putin Tehranda


Dünya 07 Sen 2018 14:07:27 314 0

Putin Tehranda

Rusiya Prezidenti Vladimir Putin İrana səfər edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, rusiyalı lider Tehranda keçiriləcək İran-Rusiya-Türkiyə üçtərəfli görüşdə iştirak etmək üçün İslam Respublikasına gəlib.

Daha öncə Prezidentin köməkçisi Yuriy Uşakov bildirmişdi ki, V.Putin, İran prezidenti Həsən Ruhani və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 7-də Tehranda baş tutacaq görüşün yekunlarına dair birgə bəyanatla çıxış edəcəklər.