Azərbaycanlı gəlin Kazanda öldürüldü


Dünya 07 Sen 2018 13:48:42 282 0

Azərbaycanlı gəlin Kazanda öldürüldü

Azərbaycanlı qız gözəl olduğuna görə öldürülüb.

Son.az xarici mətbuata istinadla xəbər verir ki, Tatarstanda milli qvardiyada xidmət edən 28 yaşlı əsgər 21 yaşlı sevgilisi Elnarə Qaraxanovanı qısqandığına görə eyvandan atıb.

Qızı əvvəlcə vəhşicəsinə döyən Marat Saxapov hadisəni törədən zaman içkili olub. Marat Elnarənin üzünü tanınmaz hala saldıqdan sonra onu 18 metr hündürlükdən atıb. Elnarə hadisə yerindəcə keçinib.

"Balamın üzündən öpüb "sağol" deməyə imkanım olmadı", - Elnarənin anası məhkəmədə fəryad edib.