Nazirlikdən etiraf: "Qanunu pozma halları olub"


Digərləri 07 Sen 2018 13:09:00 225 0

Nazirlikdən etiraf: "Qanunu pozma halları olub"

Xarici vətəndaşlar müvafiq şirkətlərin vasitəçiliyi ilə ov iczəsinin alınması üçün müraciət edirlər.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə bu gün keçirilən mətbuat konfransında deyib.

Direktor deyib ki, vasitəçilik finksiyasını yerinə yetirən şirkətlərə üzərlərinə müəyyən öhdəlik götürməlidirlər ki, xaricilər Azərbaycan qanunlarına riayət etsinlər: "Etiraf edilməlidir ki, əvvəl xarici vətəndaşların qanunu pozma halları olub. Buna görə də bu ildən qanunlara hörmət edilməsi, qanunsuz ovların qarşısını almaq üçün xarici vətəndaşlar üçün ovu təşkil edən şirkətlərin üzərlərinə müəyyən öhdəliklər qoyulub".