Azərbaycanlı aktrisa əri ilə Türkiyənin məşhur verilişində


Digərləri 07 Sen 2018 12:01:00 219 0

Azərbaycanlı aktrisa əri ilə Türkiyənin məşhur verilişində

Türkiyəyə ərə gedən azərbaycanlı aktrisa Nigar Bahadırqızı həyat yoldaşı ilə birlikdə Fox TV-də qonaq olub. 

Son.az axşam.az-a istinadən xəbər verir ki, onlar "Yaparsın aşkım" yarışmasında yer alıblar. Nigar türkiyəli əri Ersel Aktarla maşın üçün yarışıb. 

O, həyat yoldaşının evlilik təklifindən söz açıb. Nigar bildirib ki, iş həyatları yaxşı getmir: "Maşın bizim həyatımızı xilas edəcək. Ailə qurandan iş həyatımız yaxşı deyil. İllərdir Azərbaycana gedə bilmirik. Ora getmək, anamı görmək istəyirəm".