Payız gəlir, baş ağrıları artır Mövsümə bağlı ağrıların


Digərləri 06 Sen 2018 23:25:00 283 0

Payız gəlir, baş ağrıları artır  Mövsümə bağlı ağrıların

Payız isti, günəşli mövsümdən soyuq mövsümə keçid dövrü olduğundan, gecə-gündüz uzunluğu dəyişdiyindən orqanizmə mənfi təsir edir.

Son.az medicina.az-a istinadən bildirir ki, yeni fəsil özü ilə orqanizmə mənfi təsirlər göstərən bu faktorları da gətirir:

-Günəş işığı azalır

-Hava soyuyur

-Rütubət artır

-Atmosfer təzyiqi dəyişkən olur.

Hər insanın orqanizmi bu dəyişikliklərə rahat reaksiya vermir.

Ən əsas baş beynin neyromediatorlarına təzyiq başlayır ki, bu da qanda serotoninin miqdarını azaldır. Serotonin nə qədər azdırsa, insan bir o qədər halsız, depressiv və ağrıya həssas olur. Xüsusən 40 yaşdan yuxarı insanlarda orqanizm daha həssas olur.

Fəsil dəyişiklikləri ilə bağ ağrıları, başda sıxılmalar artır.

Payızda allergen insanların da ağrıları artır, çünki rütubət və kifə allergiya artır. Allergiyası olan insanların baş ağrıları daha müntəzəm ola bilər.

Klaster baş ağrıları

Meteohəssas adamların tutmaya bənzər baş ağrılarına nevrologiyada klaster deyilir. Hər il istər kişi, istər qadınlarda əsl payız baş ağrıları olan - klaster simptomlarından şikayətlər artır. Bu baş ağrıları getdikcə cavanlaşır və xroniki hala keçir.

Klaster baş ağrısının əlamətləri:

-Göz ətrafı, göz üstü spazmlar, miqrenə bənzər tutmalar

-Üzün bir yarısını daha çox əhatə edir, gözün üstü sanki biri o birindən şişkin görünür.

-Burun tutulur, göz bəbəyi daralır, ürək sıxılmaları olur

-Tutmalar 15 dəqiqədən 2 saata kimi davam edə bilər