İnsan səhhəti üçün zərərli tibbi müayinə və müdaxilələr


Digərləri 06 Sen 2018 22:25:00 251 0

İnsan səhhəti üçün zərərli tibbi müayinə və müdaxilələr

Tibbi müayinələr zamanı insan sağlamlığını təhlükəyə atacaq cihazların olduğunu bilirsizmi? Həkimlərin məsləhət gördüyü aparatlardan keçməyə tələsməyin. Sağalmaq üçün müraciət etdiyiniz xəstəxanalardakı tibbi cihazların əksəriyyəti insan orqanizmində sağalmaz xəstəliklər yarada bilir.

Son.az publika.az-a istinadən insan sağlamlığı üçün ən təhlükəli xəstəliklər yaradan 10 tibbi cihaz haqqında maraqlı faktları təqdim edir:

Maqnit Rezonans Tomoqrafiyası (MRT)

Tədqiqatlar göstərir ki, son illərdə istifadəsinə ən çox üstünlük verilən cihazlardan biri MRT-dir (Maqnit Rezonans Tomoqrafiya). Bu proses zamanı insan orqanizmi digər tibbi cihazlarla müqayisədə 200 dəfə daha çox şüalanır. Mütəxəssislər iddia edir ki, orqanizmdən asılı olaraq MRT müayinəsindən keçən insanların 30 faizində xərçəng xəstəliyinin yarandığı müşahidə edilib.   Ürək, kürək və onurğa sütunu nahiyələrində aparılan cərrahi əməliyyatlar

Bəzən bu 3 nahiyədə baş verən ağrıların simptomları oxşar olur və bunları bir-birindən fərqləndirmək çətinləşir. Amma peşəkar həkim müayinəsi zamanı dəqiqləşdirmək mümkün olur. Xüsusilə kürək nahiyəsinə vurulan ağrıkəsicilər zamanı insanın iflic olma riski olduqca yüksəkdir. Bundan başqa, mütəxəssislər xəbərdarlıq edirlər ki, kürəkdə və boyunda xroniki ağrıların müalicəsi zamanı iynələrə üstünlük verilməsin. Cərrahlar müalicədən çox dərhal əməliyyata üstünlük verirlər. Əsassız mürəkkəb cərrahi prosedurlara ehtiyac yoxdur. Bir çox hallarda fizioterapiya daha effektiv ola bilər.   Antibiotiklər

Soyuqdəymə zamanı insanların ilk növbədə müraciət etdikləri dərman preparatları məhz güclü antibiotiklərdir. Lakin bu çox ciddi səhvdir. Antibiotik qəbul edən şəxslərin əksəriyyəti heç bir halda effekt əldə edə bilmir.

Məsələ ondadır ki, tənəffüs yolların infeksiya və iltihab xəstəliklərinin çoxunu (95%) məhz yanlış antibiotik müalicələr təşkil edir. Tədqiqatçıların sözlərinə görə, soyuqdəyməsi olan insanlar arasında 20 nəfərdən yalnız 1-nə ən son halda antibiotik müalicəsi yazıla bilər.

Cüzi və ehtiyac olmayan halda qəbul edilən antibiotiklər insan sağlamlığında qorxunc nəticələrə səbəb ola bilər. Bir qrup antibiotik preparatlar özü də ciddi bakteriyaların yaranmasına səbəb olur.   Döş vəzi kiçiltmə əməliyyatı (Mamoplastika)

Xüsusilə döş xərçəngindən əziyyət çəkən insanların bir neçə aydan sonra mamoplastika əməliyyatına girməsi olduqca risklidir. Qadınlar gözəl görünmək xatirinə həyatını riskə atırlar. Bunun da səbəbi bu əməliyyatın nə dərəcədə ciddi prosedur olmasını dərk etməmələridir.

Məsələ ondadır ki, vəzlərin kiçildilməsi prosesi estetik cərrahiyyədə ən mürəkkəb plastik əməliyyatlardan biridir. Bu əməliyyatdan sonra orqanizmin tamamilə bərpa olması üçün kifayət qədər müddət lazım olur. Əgər çox ehtiyac olmazsa, bu riski almaq lazım deyil.

Amniosintez

Hərçənd ki, bu prosedur ardıcıl olaraq bütün hamilə qadınlara təyin edilmir, yenə də riskli prosedur hesab olunur. Amniosintez hamiləliyin 16-20-ci həftələri arasında ananın qarın hissəsindən nazik bir iynə ilə dölün su kisəsinin içinə daxil olaraq, dölün olduğu mühitdən 15-20 cc amnion mayesi götürülməsi prosesidir. Amniosentez prosedurunun təyin edilmə səbəbi əsasən, döldə xromosom pozğunluğu riskinin yüksək olduğu hallar və ya mümkün bir genetik xəstəliyin aşkar edilməsidir. Ən çox səbəblər üçlü, dördlü testin nəticəsinin yüksək çıxması, ailədə daun sindromu və ya başqa xromosom pozğunluğu olması və ya təfsilatlı ultrasonoqrafiyada xromosom pozğunluğunu düşündürəcək simptomların aşkar olunmasıdır.

Bu müayinə ana bətnində uşağın inkişafında gedən təhlükəli qüsurların və xəstəliklərin mövcudluğunu müəyyən etmək olsa da, bəzən bu prosedur da müxtəlif xəstəliklərə yol aça bilir. Bu metod genlərin və xromosomların 100% informasiyasını verir.

Amma bu prosesdən sonra hamilə qadınlarda uşağın düşük riski 14% artır. Hamilə qadınlar bilməlidirlər ki, bu prosedur məcburi deyil və onlar bu müayinədən imtina edə bilərlər.   Qeysəriyyə əməliyyatı (Qeysəriyyə kəsiyi)

Hamilə qadınlar arasında son dövrlərdə qeysəriyyə əməliyyatına üstünlük verənlərin sayı artıb. Bu prosedur olduqca riskli olduğu üçün, heç də hər zaman məcburi və zəruri hesab edilmir. Olduqca mürəkkəb ciddi əməliyyatın ağır fəsadları haqqında düşünmək lazımdır. Belə ki, qeysəriyyə əməliyyatı zamanı ana infeksiyadan, güclü qanaxmadan, qan zəhərlənməsindən ölə bilər. Amerikalı mamaginekoloqlar hamilə qadınlara qeysəriyyə yolu ilə uşaq dünyaya gətirməyi tövsiyə etmir.