Ailə həyatını çətinləşdirən 8 adətə qalib gəlmək


Digərləri 06 Sen 2018 21:50:00 251 0

Ailə həyatını çətinləşdirən 8 adətə qalib gəlmək

Ailə - kiçik bir cəmiyyətdir ki, orada baş verən mənfi və müsbət hallar cəmiyyətə də sirayət edir. Ona görə də ailə quran hər bir insan ailəsinə və cəmiyyətə görə məsuliyyət hiss etməlidir. Üzərinə düşən vəzifələri yerinə yetirməlidir.

Bəzən elə adətlərə sahib oluruq ki, müştərək ailə həyatımızı çətinləşdirir. Əgər onlardan əl çəkə bilsək, ailə həyatımız daha səfalı və mehriban olar.

Bunlara nəzər salaq:

1. Qarşı tərəfin zati adətlərini dəyişdirməyə səy göstərmək. Bəzən cütlər bir-birinin bəyənmədiyi adətlərini dəyişdirməyə səy göstərərlər. Ancaq insan qəbul etməlidir ki, heç kəs ideal və kamil deyildir. Son.az deyerler.org-a istinadən bildirir ki, o, özü olmaq istəyir və deməli, özü qərar verməlidir ki, hansı adətlərini dəyişdirə bilər.

2. Ailədə problem axtarmaq. Əgər qarşı tərəfin ailəsində və ya ailə üzvlərində hansısa səhvləri üzünə vurmaq istəsəniz, o zaman bu, sizə ancaq problemlər yaradacaqdır, ailə həyatınızın hüzurunu pozacaqdır.

Ona görə də heç bir zaman qarşı tərəfin ailə üzvlərini pisləməyin, əksinə - onlara hörmət etdiyinizi dilə gətirin.

3. Heç vaxt dava mübahisə etməmək qərarı baş tutan deyildir. Əgər xanım və ya gənc ailə qurmazdan əvvəl belə düşünürsə ki, eşqlə ailə qurduğu üçün ailəsində heç bir zaman mübahisə olmayacaqdır - yanılar. Çünki bu,mümkünsüz bir şeydir. Hər iki tərəf ayrı-ayrı tərbiyə gördüyü üçün, istər-istəməz, nəyinsə üstündə mübahisə edəcəkdir. Ancaq eşq olarsa, bu küsülülüyü daha tez arxada qoymağı bacaracaqlar.