Yüksək təzyiq Rusiyada epidemiya xarakteri alıb –


Digərləri 06 Sen 2018 21:25:00 391 0

Yüksək təzyiq Rusiyada epidemiya xarakteri alıb –

Payızın gəlməsi ilə fəsil dəyişikliyi müddətində ürək-qan damar problemləri səbəbindən qəfil ölümlər mövsümü də başlayır. Son.az medicina.az-a istinadən bildirir ki,Rusiyada hipertoniya xəstəliyinin əhatəsi kritik həddə çatıb. Araşdırmalar göstərib ki, əhalinin 48%-i  yüksək təzyiqinin olduğundan xəbərdardır, onların yalnız 33%-i müalicə olunur, bu müalicənin effektivliyindən isə cəmi 11% razıdır.

İnfarkt və insultlar - hipetoniyanın nəticəsidir. Payızda hipertoniyanın fəsadlarından necə qorunmaq olar? Yüksək təzyiqdən təkcə ürək, beyin yox, gözlər və böyrəklər də ziyan çəkir, bu orqanlar sıradan çıxır.

-Payızda stenokardiya, hipertonik krizlər artır. Bu da havada, təbiətdə baş verən dəyişikliklər - atmosfer təzyiqinin düşməsi, gün işığının azalması, soyuq hava, tutqunluq, sutkanın dəyişməsidir. Havanın soyuması ilə açıq havada gəzintilər azalır, şəhər insanı oturaq həyatı seçir, az hərəkət edir. Cərrah Aleksandr Qusev deyib ki, məhz bu aralıqda həkim müayinəsindən keçib ürək, təzyiq nəzarətdə saxlanmalı, dərman preparatları və dozası təyin olunmalı, yüksək təzyiqi olan adamlar yanında nitroqliserin gəzdirməlidirlər.

Hər gün 30 dəqiqə orta tempdə gəzintilər mütləqdir.

Həkim qeyd edib ki, Rusiyada ötən onilə kimi hipertoniya xəstələrinin statistikasında qadınlar lider idi. İndi kişilər bu rəqəmi ötür. Amma yenə də hipertoniya xəstələrinin 42%-i qadınlardır.

Hər il ölkədə 1,3 milyon insan ürək-damar tutmalarından ölür. Ürəyin işemik xəstəliyi 4 dəfə artıb, beyin insultu isə 7 dəfə. Hazırda evdə də təziyiqi ölçmək asandır və bunun üçün hər cür tanometrlər var. Həkimlər 140/90 göstəricisini hipertoniya hesab edir. Amma son araşdırmalar artıq 130/90-nı yüksək təzyiqə aid edir.