Polis 10 nəfərdən ibarət cinayətkar dəstəni yaxaladı VİDEO


Digərləri 06 Sen 2018 21:02:00 308 0

Polis 10 nəfərdən ibarət cinayətkar dəstəni yaxaladı  VİDEO

Qusar rayon polis şöbəsi tərəfindən müxtəlif vaxtlarda qeydə alınan 17 mənzil oğurluğu və bir quldurluq hadisəsində şübhəli şəxslər saxlanılıb.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, aparılan əməliyyat - axtarış tədbirləri nəticəsində 10 nəfər rayon sakini tutulub.

Dəstənin 2015-ci ildən hazırki dövrə qədər Qusar rayonunda ayrı-ayrı mənzillərdən pul, zinət və məişət əşyaları oğurladığı aşkarlanıb. Üç il ərzində törədilən hadisələr nəticəsində vətəndaşlara ümumi məbləği 100 min manat dəyərində olan ziyan dəyib. Qrupun 3 üzvü isə quldurluq hadisəsi törətməkdə təqsirli bilinir.

Saxlanılan rayon sakinləri Ömər Səlimov, Alim Balabəyov, Marat Əlirzayev, Seymu Seyidov, Fərrux Yarəliyev, Rəşad Tahirov, Bəhruz Nurullayev, Vüqar Salmanov, Rafiq Mehrəliyev və Nadim Axundov törətdikləri oğurluq hadisələrini etiraf edirlər.