Gözəllik yarışmasına hicabda qatılan model tarixə düşdü –


Digərləri 06 Sen 2018 20:56:00 285 0

Gözəllik yarışmasına hicabda qatılan model tarixə düşdü –

İngiltərədə gözəllik yarışmasına hicabda qatılan model Model Sara İftekhar finala qədər yüksəlib.

Son.az xəbər verir ki, İngiltərədə Haddersfild Universitetinin hüquq fakültəsində təhsil alan 20 yaşlı Sara "Miss England" gözəllik müsabiqəsində iştirak edib. O, müsabiqəyə hicabda qatılmasına baxmayaraq, finala qədər yüksələ bilib. Müsabiqənin əsas qalibi isə gələn həftə seçiləcək.

Sara instaqramda bildirib ki, müsabiqədə heç vaxt unudulmayacaq bir təcrübə qazanıb:

"Burada finala qədər yüksələcəyimi düşünməzdim. Hər kəs necə görünməsindən asılı olmayaraq, özünə görə gözəldir. Çəki, boy, irq, dəri rəngi və s. amillər əhəmiyyətsizdir".


Xəbərə aid fotolar