Biləsuvarda ovçuluq təsərrüfatının ərazisində 700-dən çox partlamamış hərbi sursat tapılıb


Digərləri 06 Sen 2018 19:09:30 236 0

Biləsuvarda ovçuluq təsərrüfatının ərazisində 700-dən çox partlamamış hərbi sursat tapılıb

Partlamamış hərbi sursatların tapıldığı yerin ətrafında 13 000 kv.m əraziyə yerüstü və 850 kv.m əraziyə isə yeraltı baxış keçirilib.

Bakı. 6 gün ərzində Biləsuvarda "Mahmudçala" ovçuluq təsərrüfatının ərazisində 703 ədəd müxtəlif növ partlamamış hərbi sursat aşkarlanıb. Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) sentyabrın 1-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və saat 09:50-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Biləsuvar rayonu, "Mahmudçala" ovçuluq təsərrüfatının ərazisində partlamamış hərbi sursatların tapılması barədə məlumatlar daxil olub. Məlumatlara əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Biləsuvar rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.