Bank Respublika cəbhə bölgəsində birinci sinifə gedəcək uşaqları sevindirdi


Digərləri 06 Sen 2018 17:25:00 267 0

Bank Respublika cəbhə bölgəsində birinci sinifə gedəcək uşaqları sevindirdi

İnsanın şəxsiyyət kimi formalaşmasında, onun inkişafında təhsilin rolu danılmazdır. Buna görə də təhsilin səviyyəsinə, keyfiyyətinə uyğun olaraq cəmiyyət formalaşır.

Davamlı olaraq müxtəlif sosial layihələr keçirən Bank Respublika bu dəfə təhsilə və elmə dəstək məqsədi ilə cəbhə bölgəsində yaşayan və bu il birinci sinifə gedəcək uşaqları sevindirdi.

Belə ki, Bankın əməkdaşları "Güvən" Cəmiyyəti ilə birgə qarşıdan gələn yeni tədris iliilə bağlı Füzuli rayonunda salınmış Qayıdış qəsəbəsində eləcə də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində yerləşən 5 məktəbdə oldular.

Görüşlərdə bankın əməkdaşları qaçqın və məcburi köçkün ailələrindən olan 100-dən çox birinci sinif şagirdlərinə məktəbli çantası və dərs ləvazımatları hədiyyə etdi, onlara yeni tədris ilində uğurlar, yeni biliklərə yiyələnməyi və gələcəkdə ölkənin faydalı mütəxəssisləri olmağı arzu etdilər.