Dünyaca məşhur aktyorun 80 illik yubileyi Bakıda qeyd ediləcək


Digərləri 06 Sen 2018 14:20:00 246 0

Dünyaca məşhur aktyorun 80 illik yubileyi Bakıda qeyd ediləcək

Sentyabrın 9-dan 13-dək Bakıda Adriano Çelentanonun 80 illik yubileyinə həsr olunan “Adriano Çelentano açıq hava film festivalı” keçiriləcək.

Bakı. Vüqar İmanov - Sentyabrın 9-dan 13-dək Bakıda Adriano Çelentanonun 80 illik yubileyinə həsr olunan “Adriano Çelentano açıq hava film festivalı” keçiriləcək. Trend-in məlumatına görə, İtaliya səfirliyi tərəfindən təşkil edilən festivalda Adriano Çelentanonun çəkildiyi ən məşhur və sevilən filmləri təqdim olunacaq: “Blef”, “Dəlicəsinə aşiq olan”, “Tuz”, “İnadkarın ram edilməsi” və “Məxmər əllər”. Açıq hava nümayişləri “Landmark Rotunda Roof Garden”nin ətrafında keçiriləcək. Film rus subtitrləri ilə orijinal dildə olacaq. Giriş pulsuzdur.