“Azərpoçt”da 4 nəfər işdən çıxdı


Digərləri 06 Sen 2018 12:58:00 226 0

“Azərpoçt”da 4 nəfər işdən çıxdı

"Azərpoçt" MMC-nin Risklərin idarə edilməsi şöbə rəisi Rauf Dünyamalıyev işdən çıxıb.

Son.az xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən qafqazinfo-ya daxil olan məlumata görə, bundan əlavə, əməliyyatlar şöbəsinin rəisi Fərid Hüseynov da istefa verib.

Eyni zamanda, qurumun əməkdaşları Aytən Osmanzadə və İlkin Ramazanlı da öz ərizələri ilə MMC-dən ayrılıblar.