Azərbaycan beynəlxalq kitab sərgisinə 150-dən çox nəşr məhsulu təqdim edib (FOTO)


Digərləri 06 Sen 2018 12:53:38 239 0

Azərbaycan beynəlxalq kitab sərgisinə 150-dən çox nəşr məhsulu təqdim edib (FOTO)

Rusiyanın paytaxtı Moskvada 31-ci Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçirilir.

Bakı. Rusiyanın paytaxtı Moskvada 31-ci Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçirilir. Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, sərgidə 300-dən çox və 30-dan çox ölkədən 150-ə yaxın nəşriyyat-poliqrafiya müəssisəsi, eləcə də digər aidiyyəti qurumlar iştirak edir. Ölkəmizin tarixi, dövlətçiliyi, mədəniyyəti, elmi, Qarabağ həqiqətləri haqqında 150 addan çox nəşr məhsulunun təqdim edildiyi Azərbaycan stendi ilk gündən ziyarətçilərin diqqətini cəlb edib. Çoxsaylı kitabsevərlə yanaşı, müxtəlif nəşriyyatların və təşkilatların nümayəndələri də stendimizə maraq göstərir, onlarla görüş zamanı gələcək əməkdaşlıq imkanları müzakirə olunur.