Unibank ilk Agile Məhsulunu Biznes müştərilərinə təqdim etdi!


Digərləri 06 Sen 2018 11:51:11 209 0

Unibank ilk Agile Məhsulunu Biznes müştərilərinə təqdim etdi!

Artıq Unibank-ın biznes müştəriləri ümumiyyətlə banka gəlmədən bir neçə dəqiqə ərzində kredit ala biləcəklər.

Bakı. Artıq Unibank-ın biznes müştəriləri ümumiyyətlə banka gəlmədən bir neçə dəqiqə ərzində kredit ala biləcəklər. Buna bankın biznes sahibləri üçün hazırladığı onlayn kreditləşmə xidməti imkan yaradır. Ölkə bazarında bir ilk olan bu məhsul, biznes müştərilərinə cəmi 15 dəqiqə ərzindədə banka gəlmədən kredit məbləğini hesaba köçürməyə imkan verir. Bu, Unibank Biznes müştəriləri üçün nəzərdə tutulan İnternet Bank proqramı vasitəsilə həyata keçirilir. Müştəri onlayn şəkildə minimal məlumatlarını – istədiyi kredit məbləğini, dövlət reyestrindən çıxarışı, təsisçi ərizə formasını və şəxsiyyət vəsiqəsini skan edilmiş formada əlavə edir və cəmi 15 dəqiqə ərzində qiymətləndirmə əsasında kredit məbləği müştərinin hesabına otuzdurulur. Bu xidmət ödənişsizdir.