Rus repçini Dağıstana buraxmırlar


Digərləri 06 Sen 2018 11:36:00 287 0

Rus repçini Dağıstana buraxmırlar

Rusiyanın məşhur rep ifaçısı Eqor Kridin Dağıstandakı konserti boykot edilir. 

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, onun sentyabrın 9-da Mahaçqalada keçirəcəyi musiqi gecəsi yerli əhali tərəfindən etirazla qarşılanıb.

Konsert öncəsi Eqora qarşı sosial şəbəkələrdə kampaniyalar aparılır, repçinin ünvanına tənqid və təhqirlər yazılır. Hətta yaradılan "event"lərdə "Kridin konsertinə gedən kişi deyil", "Burdan sağ getməyəcəksən, bizim torpaqlara ayaq basma" kimi şərhlər qeyd olunur. Onlar E.Kridi kişi kimi qəbul etmədiklərini bildiriblər.