Təhsil Nazirliyi "Ortaq Türk Tarixi"nin tədrisi ilə bağlı məsələlərə aydınlıq gətirib


Digərləri 06 Sen 2018 10:47:00 227 0

Təhsil Nazirliyi "Ortaq Türk Tarixi"nin tədrisi ilə bağlı məsələlərə aydınlıq gətirib

Təhsil Nazirliyi orta məktəblərdə "Ortaq Türk Tarixi" fənninin tədrisi ilə bağlı məsələlərə aydınlıq gətirib.

Son.az xəbər verir ki, nazirlikdən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, Beynəlxalq Türk Akademiyası türkdilli ölkələrdən, o cümlədən Azərbaycandan mütəxəssislər cəlb etməklə "Ortaq Türk Tarixi (XV əsrə qədər olan dövr)" adlı vəsait artıq hazırdır. Həmin vəsaitin türkdilli ölkələrdə tətbiq edilməsi üçün onun məzmunu əvvəlcə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) tərəfindən təsdiqlənməlidir. Məzmun təsdiq edildiyi təqdirdə həmin vəsaitin ölkəmizin dövlət ümumtəhsil məktəblərində fakültativ məşğələ dərslərinin hesabına tədrisi nəzərdə tutula bilər.

Fənnin bütün dövlət ümumtəhsil müəssisələrində 8-ci sinifdə fakültativ məşğələ dərslərinin hesabına tədrisi nəzərdə tutula bilər. Lakin bunun üçün qeyd edildiyi kimi həmin vəsaitin məzmunu əvvəlcə TDƏŞ tərəfindən təsdiqlənməlidir.