Qida vasitəsilə ömrü uzatmağın yeni üsulu açıqlandı


Digərləri 05 Sen 2018 23:30:00 244 0

Qida vasitəsilə ömrü uzatmağın yeni üsulu açıqlandı

Kaliforniyanın Solka Universitetinin alimləri müəyyən ediblər ki, bütün yeməklər 10 saat ərzində yeyilsə, metabolik pozuntuları kompensasiya etmək olar. Bununla da, həyat obrazının dəyişdirilməsi yaş xəstəliklərinin qarşısını almağa və ömrü uzatmağa yardımçı ola bilər.

Son.az oxu.az-a istinadən bildirir ki, bununla bağlı "ScienceDaily" nəşri məlumat yayıb.

Aparılan araşdırmalar zamanı mütəxəssislər sirkadiya ritmlərinə cavabdeh olan genləri siçanların bədənindən ayırıblar. Heyvanlara olduğu kimi, insanlarda da gündüzlər aktiv olan və gecələr sönən qidaya cabahdeh genlər var.

Alimlər bir qrup siçanı ümumi sutka ərzində, digər qrup siçanı isə 10 saat ərzində yeməyiblər. Birinci qrupdakı heyvanlar piylənmədən və metabolik xəstəliklərdən əziyyət çəkməyə başlayıblar. Digər qrup isə aparılan araşdırmaların nəticəsində sağlam qalıblar və kökəlməyiblər.