KXDRCənubi Koreya sərhədində minaların təmizlənməsinə 200 il vaxt lazımdır


Digərləri 05 Sen 2018 23:12:00 300 0

KXDRCənubi Koreya sərhədində minaların təmizlənməsinə 200 il vaxt lazımdır

KXDR və Cənubi Koreyanı ayıran demilitarizasiya zonasının minalardan tam təmizlənməsi üçün 200 il vaxt lazımdır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bunu Cənubi Koreyanın quru qoşunlarının nümayəndəsi bildirib. Hərbçinin sözlərinə görə, əgər ölkədə olan bütün istehkamçı bölmələr minaların təmizlənməsinə cəlb olunsa, hazırkı texnologiya səviyyəsində proses 200 ildən çox vaxt aparacaq.

Silahlı qüvvələrin nümayəndəsi bu məqsədlə 241 kilometr uzunluğunda və 4 kilometr enində neytral zolaqdan ibarət demilitarizasiya zonasında Cənub və Şimalın müştərək sülh layihələrinə hazırlıq çərçivəsində minaların təmizlənməsi üzrə xüsusi mərkəzin yaradılmasını vacib sayır.