Süd vəzi kistaları müalicəyə ehtiyac varmı?


Digərləri 05 Sen 2018 22:59:00 337 0

Süd vəzi kistaları  müalicəyə ehtiyac varmı?

Kistalar, süd vəzisi toxumasının içində yaranan maye ilə dolu olan "torba"ladır.

Son.az sudvezixercengi.com-a istinadən bildirir ki, bu torbalar əslində genişlənmiş süd kanallarında çox tez-tez rastlanır: bir mərci boyundan qoz boyuna qədər dəyişən genişlik və həcmdə ola bilərlər.

Süd vəzisi kistaları qadınların ən çox 30-40 yaşlar arasında görülür, klimaksdan sonra tamamilə yox olur. Hər aybaşıdan əvvəlki dövrdə, qadın vücudu hamiləliyə hazırlaşır: uşaqlıq və döşlərdə dəyişikliklər ortaya çıxır. Hamiləlik həyata keçmədiyi zaman, aybaşı qanaxması başlayır və döşlərdə genişlənmiş süd vəzisi və kanallar normal vəziyyətinə qayıdır. Süd vəzilərində və kanallarındakı genişlənmələr bəzən qalıcı ola bilir. Onlar fibrokistalardır və hər qadının süd vəzisində rastlana bilən tamamilə zərərsiz kistalardır.

Kistalar bəzən çox miqdarda ola bilər, buna bütün dünyada fibrokistik toxuma dəyişiklikləri (fibrokistik mastopatiya) deyilir, çünkü bir xəstəlik olaraq qəbul edilməməlidir. Xəstəlik olaraq qəbul edilmədiyinə görə də müəyyən bir müalicəsi də yoxdur. Əgər xəstədə aybaşından əvvəlki dövrdə ağrılar olsa, bunun üçün simptomatik müalicə həyata keçirilə bilər.

Süd vəzisindəki kistalar özü-özünə yox ola bilirlər və/və ya hər aybaşı dövründə yeniləri çıxa bilər. Bəzən süd vəzisindəki kistalar yox olmayaraq böyüməyə davam edə bilərlər, bir pinq-ponq topunun ölçülərinə qədər gələ bilər: makrokista. Makrokistalar da zərərli deyildir, sadəcə ağrı verə bilər. Makrokistalar xəstəyə rahatsızlıq verdiyi hallarda, sadə bir şpris ilə bu makrokistaların içi boşaldılır.