İsmayıllıda yeni sürüşmə sahəsi əmələ gəlib


Digərləri 05 Sen 2018 20:28:00 191 0

İsmayıllıda yeni sürüşmə sahəsi əmələ gəlib

Atmosfer yağıntılarının təsirindən İsmayıllı rayonunun Lahıc qəsəbəsinin şimal-şərq hissəsində (Ərəgit kəndi ərazisində) eni 120-140 metr, uzunluğu 280-300 metr olan sürüşmə sahəsi əmələ gəlib.

Son.az bildirir ki, bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

Ə.Qaralovun sözlərinə görə, avqust ayı əzində Lahıc sürüşmə sahəsi üzərində müşahidə olunan çatların parametrlərində artım qeydə alınıb, sürüşmənin dil hissəsində yeraltı suların pazlaşaraq yer səthinə çıxışları müşahidə edilir. İsmayıllının Qoydan kəndində eni 40-80, uzunluğu 150-170 metr olan sürüşmə sahəsinin dinamikası nisbi aktivliəşib.

Nazirlik rəsmisi qeyd edib ki, Muğanlı-İsmayıllı yolunun 2-11, 23-24 və 27-29-cu kilometrliyində sürüşmə prosesinin dinamikası aktivləşib. Bununla yanaşı, Şamaxı şəhərində, 48-ci A məhəlləsindəki sürüşmə sahəsindəki çatlar və sürüşmənin əhatə dairəsi böyüyüb, Şamaxının Muğanlı sürüşmə sahəsinin dinamikasında da aktivlik müşahidə edilib.