İsmayıllıda eni 140, uzunluğu 300 metr olan yeni sürüşmə sahəsi əmələ gəlib


Digərləri 05 Sen 2018 20:01:00 227 0

İsmayıllıda eni 140, uzunluğu 300 metr olan yeni sürüşmə sahəsi əmələ gəlib

İsmayıllıda yeni böyük sürüşmə sahəsi əmələ gəlib.

Bakı. İlhamə İsabalayeva - Atmosfer yağıntılarının təsirindən İsmayıllı rayonunun Lahıc qəsəbəsinin şimal-şərq hissəsində (Ərəgit kəndi ərazisində) eni 120-140 metr, uzunluğu 280-300 metr olan sürüşmə sahəsi əmələ gəlib. Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib. Ə.Qaralovun sözlərinə görə, avqust ayı əzində Lahıc sürüşmə sahəsi üzərində müşahidə olunan çatların parametrlərində artım qeydə alınıb, sürüşmənin dil hissəsində yeraltı suların pazlaşaraq yer səthinə çıxışları müşahidə edilir. İsmayıllının Qoydan kəndində eni 40-80, uzunluğu 150-170 metr olan sürüşmə sahəsinin dinamikası nisbi aktivliəşib.