Sabirabadda motosiklet oğruları saxlanılıb


Digərləri 05 Sen 2018 19:27:00 212 0

Sabirabadda motosiklet oğruları saxlanılıb

Sabirabadda motosiklet oğruları saxlanılıb.

Son.az bildirir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan şəhərində regional qrupundan verilən məlumata görə, Sabirabad Rayon Polis Şöbəsi Qaragüney Polis Bölməsinə ərizə ilə müraciət edən Moranlı kənd sakini Vüqar Mansurov sentyabrın 4-nə keçən gecə həyətindən "İJ Planet-3" markalı motosikletinin oğurlandığını bildirib.

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində həmin motosikletin Neftçala rayonu ərazisində olduğu müəyyən edilib. Qaragüney PB-nin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz tədbirlər nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Moranlı kənd sakinləri Ramin Talıblı, Əli Əliyev və Bala Həşimxanlı kənd sakini Yengibar Məstəliyev saxlanılaraq bölməyə gətirilib.


Xəbərə aid fotolar